16 
Sen
2019
08:57
118
23
2267
yuxarı
Kim Çen In Trampı Koreyaya dəvət etdi
16 Sen, 2019
08:57
2267
118
23
Kim Çen In Trampı Koreyaya dəvət etdi
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın “JoongAng Ilbo” qəzeti yayıb.
Məlumata görə, dəvət ABŞ prezidentinə avqustun sonunda göndərilmiş məktub vasitəsilə edilib.
Tramp həmin vaxt bildirib ki, KXDR sədrindən çox yaxşı məktub alıb. O görüşün ilin axırına kimi baş tutacağını istisna etməyib.
İki ölkə lideri artıq 3 dəfə görüş keçiriblər: Sinqapurda, Xanoyda və Koreya yarımadasındakı təhlükəsizlik zolağında.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək