May
2024
13:04
116
24
4137
Virtual karabakh

Kərim Benzema “Real Madrid”ə qayıdıb

2 May, 2024
13:04
4137

Kərim Benzema “Real Madrid”ə qayıdıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı klubunda çıxış edən Kərim Benzema “Real Madrid”ə qayıdıb.

Məlumata görə, buna səbəb fransalı ulduz futbolçunun əzələsində ciddi problemin yaranması olub.

“Əl-İttihad” klubunun rəsmiləri Kərim Benzemanın əzələsini yenidən bərpa etməsi üçün  “Real Madrid” klubu ilə razılaşıblar. Təcrübəli hücumçu birhəftəlik müalicə prosesi keçdikdən sonra Səudiyyə Ərəbistanı klubuna qayıdacaq.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm “Əl-İttihad” forması ilə çıxdığı 36 oyunda 16 qolla yadda qalıb.

Mənbə: Goal.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri