24 
Noy
2020
06:15
621
16
6516
Virtual karabakh

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

24 Noy, 2020
06:15
6516

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunun 32-lər kəndindən iki qardaş - Elşən və Elnur... Vətəni canlarından artıq sevən, Vətən yolunda canlarından keçməyə hazır olan iki qardaş...

Aralarında iki yaş fərq var. Torpaqlarımızın bir hissəsi işğal edildiyindən hər ikisi hərbçi olmağı üstün tutub. 24 yaşlı Elnur Möhbalıyev Aprel döyüşlərində iştirak etdikdən sonra hərbi xidməti davam etdirmək qərarına gəlib. 26 yaşlı qardaşı Elşən də eyni yolu seçib. Hər ikisi kurs keçdikdən sonra kiçik gizir hərbi rütbəsi ilə Vətənə xidmət ediblər. 

Elnur Şuşa istiqamətində gedən döyüşlərdə gözlərindən, qolundan və ayağından ağır yaralanır. Elşən də qardaşı kimi döyüşlərə qatılıb, Ağdərə istiqamətində düşmənə xeyli sarsıdıcı zərbələr vurub. Qələbədən 5 gün öncə, noyabrın 5-də şəhid olub.

İgid hərbçilərimizin atası Təvəkkül Möhbalıyev deyir ki, nə qədər çətin olsa da, bir o qədər qürurludur.

Azərbaycan Televiziyası Elşən və Elnur Möhbalıyevlərin ailəsindən reportaj hazırlayıb. 

Həmin reportajı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri