27 
Apr
2024
11:40
176
11
1265
Virtual karabakh

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

27 Apr, 2024
11:40
1265

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

“Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədilə keçirilən dəniz məşqlərində iştirak ediblər”, - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri