29 
Okt
2020
13:47
676
94
8395
Virtual karabakh

Səbinə Əliyeva Bərdədə - YENİLƏNİB + FOTO

29 Okt, 2020
13:47
8395

Səbinə Əliyeva Bərdədə - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş kaset bombalardan istifadə etməklə Bərdənin ardıcıl iki gün atəşə tutulması nəticəsində baş vermiş insan tələfatı və vurulmuş zərərlə bağlı yerində araşdırma aparmaq üçün faktaraşdırıcı missiya çərçivəsində Bərdə şəhərindədir.

Bununla bağlı Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva Bərdədə həlak olmuş şəxslərin yaxınlarına və yaralılara baş çəkib, zərərçəkmiş şəhər sakinləri ilə görüş keçirib. Ombudsmanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi növbəti hesabatına daxil edilmək üçün yerində araşdırma zamanı yuxarıda qeyd olunanlarla əlaqədar faktoloji materiallar toplanılıb.

Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirməklə törədilən bu cinayətlərlə bağlı faktaraşdırıcı missiya çərçivəsində əldə edilmiş materiallar əsasında Ombudsmanın növbəti hesabatı hazırlanaraq, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

13:17

Ombudsman Səbinə Əliyeva Ermənistan ordusu tərəfindən xain hücuma məruz qalan Bərdə şəhərinə yollanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili özünün “Twitter” hesabında məlumat verib.

Bildirilir ki, Ombudsman mülki əhalinin kaset raketlərlə atəşə tutulan Bərdə şəhərində faktaraşdırıcı missiyaya başlayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri