29 
Okt
2020
12:51
34
885
3801
Virtual karabakh

Bərdə terroru zamanı şəhərə “Smerç”in 144 bombacığı düşüb - RƏSMİ

29 Okt, 2020
12:51
3801

Bərdə terroru zamanı şəhərə “Smerç”in 144 bombacığı düşüb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən gün Bərdəyə “Smerç” tipli raket atılıb. Nəticədə, şəhərə 144 bombacıq düşüb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dinc əhaliyə qarşı bu tipli raketin atılması beynəlxalq konvensiyada qadağan olunub:

“Biz bundan əvvəl bu cür kaset-sursatı Goranboy, Ağcabədidə tapmışıq. Bu, bir daha onu sübut edir ki, düşmən tərəfindən dinc əhali hədəfə götürülür”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri