25 
Apr
2024
23:02
84
8
1028
Virtual karabakh

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

25 Apr, 2024
23:02
1028

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az -a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.

Çempionluğun taleyi Aydın Süleymanlı ilə Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda Aydın Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5:0,5 hesabı ilə üstün olan A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri