Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
“Report”un məlumatına görə, yığma üç lent və iki topla hərəkətlərdə uğurlu çıxış edib.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.
Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.
12:15
Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna mayın 5-də yekun vurulacaq.
“Report” xəbər verir ki, turnirin sonuncu günündə böyüklər arasında fərdi və qrup hərəkətləri proqramında qaliblər müəyyənləşəcək.
Azərbaycan təmsilçisi Zöhrə Ağamirova halqa, top və lentlə çıxış edəcək. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv isə üç lent və iki top, həmçinin beş halqa ilə yarışda bacarıqlarını nümayiş etdirəcək.
Gənclər arasında final mərhələsində Gövhər İbrahimova halqa, İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lentlə çıxışda qüvvələrini sınayacaqlar.
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir.