25 
Apr
2024
16:52
45
21
2289
Virtual karabakh

“Barselona” ilə müqaviləsini yeniləyən Xavi nə qədər qazanacaq?

25 Apr, 2024
16:52
2289

“Barselona” ilə müqaviləsini yeniləyən Xavi nə qədər qazanacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xavi Ernandes İspaniyanın “Barcelona” klubu ilə müqaviləsini yeniləyib.

2024/25 mövsümündə də komandanın baş məşqçisi postunda olacaq Xavinin nə qədər qazanacağı da açıqlanıb.

Məlumata görə, Kataloniya klubunu çalışdırdığı iki tam və bir yarım mövsümdə Xavi təxminən 14 milyon avro qazanıb. Onun klubla müqaviləsi başa çatdıqda isə bu məbləğ 22 milyon avroya çatacaq.

Xatırladaq ki, iki ildən bir qədər çox müddətdə Qətərin “Əl-Sədd” klubunu çalışdıran Xavi 2021/22 mövsümünün ortasında Ronald Kumanı əvəz etmək üçün “Barselona” ilə müqavilə imzalayıb. Doğma klubuna baş məşqçi qismində qayıtdıqdan sonra Xavi komanda ilə La Liqa və İspaniya Superkubokunu qazanmağı bacarıb.

Mənbə: Lainformacion.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri