May
2024
15:30
67
26
2071
Virtual karabakh

Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO

4 May, 2024
15:30
2071

Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluğun əməkdaşı, Abşeron Rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin birinci vitse-prezidenti təyin edilib.

Bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.

Daha bir təyinat isə Vüsal Abdullazadə ilə bağlı olub. Belə ki, V.Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd olunub ki, ənənəvi karate üslubu Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri