24 
Apr
2024
22:40
47
8
488
Virtual karabakh

Azərbaycan Basketbol Liqası: “Sabah” müntəzəm mövsümü birinci pilllədə başa vurub

24 Apr, 2024
22:40
488

Azərbaycan Basketbol Liqası: “Sabah” müntəzəm mövsümü birinci pilllədə başa vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib.

Oxu.Az-ın məlumatına görə, günün yeganə matçında “Sabah” və “Xəzri” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma “Sabah”ın qələbəsi ilə bitib - 77:65.

Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Sabah” müntəzəm mövsümü birinci pillədə başa vuracaq. “Xəzri” hələlik 31 xalla ikincidir.

Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri