17 
Apr
2024
09:28
56
2
757
Virtual karabakh

İddiaçılar Turniri: Nicat Abasov Fransa təmsilçisi ilə üz-üzə gələcək

17 Apr, 2024
09:28
757

İddiaçılar Turniri: Nicat Abasov Fransa təmsilçisi ilə üz-üzə gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

“Report”un məlumatına görə, 28 yaşlı qrosmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Firuzca isə 3,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri