29 
Apr
2024
21:16
91
18
2075
Virtual karabakh

“Araz-Naxçıvan” yeni baş məşqçi ilə ilk qələbəsini qazandı - YENİLƏNİB + VİDEO

29 Apr, 2024
21:16
2075

“Araz-Naxçıvan” yeni baş məşqçi ilə ilk qələbəsini qazandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, günün yeganə oyununda “Zirə” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.

Bu nəticədən sonra “Zirə” 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. “Araz-Naxçıvan” isə 35 xalla səkkizinci yerə yüksəlib.

Turun əvvəlki oyunlarında “Sabah” “Səbail”i 2:0, “Kəpəz” “Qəbələ”ni 1:0, “Neftçi” “Turan Tovuz”u 3:0, “Sumqayıt” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” kluba təyin olunan yeni baş məşqçi Elmar Baxşıyev ilə ilk qələbəsini qazanıb.

10:16

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, günün yeganə matçında “Zirə” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Paytaxt klubu 49 xalla dördüncü, Naxçıvan təmsilçisi 32 xalla doqquzuncudur.

Qeyd edək ki, daha öncə “Neftçi” “Turan Tovuz”u (3:0), “Sabah” “Səbail”i (2:0), “Kəpəz” “Qəbələ”ni (1:0), “Sumqayıt” “Qarabağ”ı (1:0) məğlub edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri