26 
Noy
2022
22:25
253
70
3719
Virtual karabakh

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Messiyə çatdı

26 Noy, 2022
22:25
3719

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Messiyə çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa yığmasının hücumçusu Kilian Mbappe dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayına görə PSJ-dəki komanda yoldaşı Lionel Messiyə çatıb.

Belə ki, forvard Qətərdə keçirilən DÇ-2022-də Danimarka millisinə qarşı oyunda dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayını 7-yə çatdırıb. Argentinalı ulduzun da hesabında 7 qol olub. 

Bu oyuna qədər Mişel Platini və Zinəddin Zidanla eyni sayda (5) qola imza atmış 23 yaşlı hücumçu daha iki dəfə fərqlənərək həm onları, həm də Tyerri Anrini (6) geridə qoyub.

Qeyd edək ki, Mbappe Danimarka ilə oyunda dubla imza atıb. Matç isə Fransanın 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Mənbə: “Goal”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri