20 
İyn
2022
18:12
14
103
891
Virtual karabakh

Bakıda keçirilmiş Dünya Kubokunda azərbaycanlı idmançılar niyə nəticə qazana bilmədilər? - AÇIQLAMA

20 İyn, 2022
18:12
891

Bakıda keçirilmiş Dünya Kubokunda azərbaycanlı idmançılar niyə nəticə qazana bilmədilər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 may – 7 iyun tarixlərində Bakıda atıcılıq üzrə Dünya Kuboku keçirildi.

Dünya Kubokunda həm güllə (tüfəng və tapança), həm də stend atıcılığı (ov tüfəngi) üzrə yarışlar keçirildi. Bu yarışda Azərbaycandan 30-dan çox idmançı qüvvəsini sınadı.

Dörd qitənin 20 ölkəsinin 37 Olimpiya mükafatçısının (bunlardan 20-si 1988-2021-ci illərdə  Olimpiya çempionu olanlar idi – red.) yarışdığı Dünya Kubokunda Azərbaycandan heç kim medal qazana bilmədi. Bəs bu uğursuzluğun səbəbi nə oldu?

Oxu.Az məsələ ilə bağlı üçqat dünya və Olimpiya mükafatçısı İradə Aşumovanın mövqeyini öyrənib. Onun sözlərinə görə, bu uğursuzluq əvvəllər də Azərbaycanda keçirilmiş atıcılıq üzrə beynəlxalq yarışlarda baş verib:

“Ümumiyyətlə, Bakıda əvvəllər də keçirilmiş Dünya Kuboku yarışlarında Azərbaycan idmançıları medal qazana bilməyib. Mən özüm yarışan vaxt Bakıda yer tutmağı bacarmamışdım. Yalnız 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında medal qazana bilmişik.

Evdə həmişə medal qazanmaq çətin olur. Bu, boks idman növü deyil ki, üç raund içində rəqibini nokauta salasan. Burada isə 1 saat 15 dəqiqəyə medal qazanmaq üçün nəticə göstərməlisən. Üstəlik, demişdilər ki, medal qazananlar xüsusi mükafatlandırılacaqlar. Bu da müəyyən mənada uşaqlara təsir etdi. Fikirləri orada qaldı”.

Bununla belə, İradə Aşumova bildirib ki, rəhbər dəyişikliyindən sonra nəticələr yaxşılaşmağa başlayıb:

“Ümumilikdə federasiya rəhbərliyi dəyişikliyindən sonra idmançılara maaş yazılır, hər ay yarışlara idmançı göndərilir. Məsələn, oğlum Ruslan Lunyov fevralda Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunda gümüş medal qazandı. Hazırda Türkiyənin Konya şəhərində keçirilən Qran-pri yarışında isə güllə atıcılığı yoxdur. Ümumiyyətlə, orada poliqon sahəsi olmadığı üçün avqustda orada keçiriləcək İslamiadanın da proqramına yalnız stend atıcılığı salınıb”.

Qeyd edək ki, Bakıda keçirilmiş Dünya Kubokunda dünyanın 66 ölkəsindən 700-dən çox idmançı iştirak edib və 30 növdə medallar uğrunda mübarizə aparıblar. Bunlardan 26 ölkənin komandası medalçı olub. Ən yaxşı nəticəni Koreya idmançıları göstəriblər.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri