29 
May
2022
01:33
421
147
9706
Virtual karabakh

“Real” Çempionlar Liqasının qalibidir! – YENİLƏNİB + VİDEO

29 May, 2022
01:33
9706

“Real” Çempionlar Liqasının qalibidir! – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşıb.

Matçın taleyini bir qol həll edib.

Qarşılaşmanın 59-cu dəqiqəsində Vinisius Junior “Real”a qələbə qazandıran qola imza atıb.

“Liverpul” cavab qolu üçün dəfələrlə cəhd etsə də, madridlilərin qapıçısı Tibo Kurtuanın cəhdləri sayəsində oyunda başqa qol olmayıb.

Beləliklə, “Real” Çempionlar Liqasının qalibi olub. 

00:56

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlir.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşır.

Matçda hesab açılıb.

59-cu dəqiqədə Vinisius Junior “Real”ı hesabda önə çıxarıb.

00:42

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlir.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşır.

Matçda ikinci hissə başlayıb.

Hazırda hesab açılmayıb.  

00:26

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlir.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşır.

Matçda ilk hissə başa çatıb.

Hazırda hesab açılmayıb.  

23:36

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gəlir.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşır.

Matçda start fiti səslənib.

Hazırda hesab açılmayıb.  

23:22

UEFA Çempionlar Liqasının final matçının startı daha da gecikəcək.

Bununla bağlı UEFA-dan məlumat verilib.

Bildirilib ki, matçın start vaxtı 23:36 olaraq təyin edilib.

23:19

UEFA Çempionlar Liqasının final matçı gecikmə ilə start götürəcək. 

Belə ki, final oyununun keçiriləcəyi stadiona yola düşən “Liverpul” klubunun avtobusu Parisdə tıxaca düşüb.

Matç 30 dəqiqə gecikmə ilə başlayacaq.

22:09

Bu gün UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gələcək.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşacaq.

Bu oyun “Liverpul” üçün revanş görüşü də sayıla bilər. Yurgen Kloppun komandası 2018-ci ildə baş tutan Çempionlar Liqasının final matçında da “kral klubu” ilə qarşılaşmış və 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.

Saat 23:00-da start götürəcək qarşılaşma Fransadakı “Stade de France” arenasında keçiriləcək.

Çempionlar Liqası
Final
28 may
23:00 “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)
Fransa. “Stade de France”

“Liverpul”: Alisson Bekker, Trend Aleksandr-Arnold, İbrahima Konate, Vircil van Dayk, Endi Robertson, Fabinyo, Cordan Henderson, Tyaqo Alkantara, Luis Diaz, Muhammed Salah, Sadio Mane

“Real”: Tibo Kurtua, Dani Karvaxal, Eder Militao, David Alaba, Eduard Mendi, Kazemiro, Toni Kroos, Luka Modriç, Federiko Valverde, Vinisius Junior, Kərim Benzema

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri