5 
Dek
2021
23:51
403
13
6465
yuxarı
Namiq Ələsgərov Türkiyədə mükəmməl qol vurdu - VİDEO
5 Dek, 2021
23:51
6465
403
13
Namiq Ələsgərov Türkiyədə mükəmməl qol vurdu - VİDEO
Namiq Ələsgərov Türkiyədə baxımlı qolla yadda qalıb.
Oxu.Az xəbər verir ki, azərbaycanlı hücümçunun oynadığı “Bursaspor” Türkiyə I liqasında “Dənizlispor”un qonağı olub.
Matçın 40-cı dəqiqəsində Namiq Ələsgərov rəqibini aldadaraq topu uzaq küncə yönəldib. Bu onun Türkiyə çempionatında vurduğu üçüncü qol olub. 59-cu dəqiqədə o, ikinci qolunu vurmağa yaxın olub, lakin top dirəyə dəyib. Namiq 88-ci dəqiqədə Kərəm Şənlə əvəzlənib.
Qeyd edək ki, “Bursaspor” daha 2 qol vuraraq səfərdə qələbə qazanıb – 3:1. Komanda hazırda 17 xalla 13-cü sıradadır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək