May
2021
21:39
316
21
4782
Virtual karabakh

Araz Abdullayev Türkiyə klubuna qələbə qazandırdı – FOTO

7 May, 2021
21:39
4782

Araz Abdullayev Türkiyə klubuna qələbə qazandırdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin sabiq futbolçusu Araz Abdullayev Türkiyənin “Boluspor” komandasında ilk qollarını vurub.

Oxu.Az xəbər verir ki, Türkiyə I divizionunun XXXIV turu çərçivəsində “Boluspor” bir zamanlar Rəşad Sadıqovun çıxış etdiyi “Əskişəhərspor”u qəbul edib.

Görüş Bolu təmsilçisinin autsayder üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və 90 dəqiqə çıxış edən Araz Abdullayev 17 və 56-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, 42 xalı olan “Boluspor” 12-ci pillədə qərarlaşıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri