8 
Mar
2021
17:16
72
122
3167
yuxarı
İngilis klubunun fanatları Mbappenin transferi üçün pul toplayır
8 Mar, 2021
17:16
3167
72
122
İngilis klubunun fanatları Mbappenin transferi üçün pul toplayır
“Liverpul” klubunun azarkeşləri fransız futbolçusu Kilian Mbappenin transfer edilməsi üçün maraqlı kampaniyaya start verib.
“Championat” xəbər verir ki, “Liverpul” azarkeşləri bu məqsədlə pul toplamağa başlayıblar.
“Gəlin futbol dünyasını şoka salaq. Dünyada 100 milyona yaxın “Liverpul” azarkeşi var və onların hərəsi 2,5 funt sterlinq ianə etsə, fransalı hücumçunun keçidi üçün tələb olunan məbləği yığmaq mümkün olacaq. Gəlin birləşərək və azarkeşlərin topladığı ianənin hesabına dünya tarixinin ən böyük transferini həyata keçirək. Gəlin tarix yazaq!”, - deyə “Liverpul” azarkeşlərinin yaydığı mesajda qeyd olunur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək