13 
Avq
2020
19:18
16
124
2274
Virtual karabakh

Nazirdən MDB Oyunlarının taleyi barədə son açıqlama

13 Avq, 2020
19:18
2274

Nazirdən MDB Oyunlarının taleyi barədə son açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tatarıstanın paytaxtı Kazanda keçiriləcək I MDB Oyunlarının bu il keçiriləcəyi hələ ki bilinmir.

Oxu.Az xəbər verir ki, Tatarıstanın İdman naziri Vladimir Leonov bu ilin payızında Kazanda keçirilməsi planlaşdırılan yarışla bağlı fikirlərini bildirib:

“Təşkilat Komitəsi kimi biz MDB Oyunlarını qəbul etməyə hazırıq. Ancaq siyasi arenada baş verən hadisələr, viza problemləri, aviareyslərin bağlı olması və s. məsələr var... Bu səbəbdən tam şəkildə komanda yığmaq çətindir.

Hələ ki heç kim rəsmi şəkildə turnirin ləğvi və ya təxirə salınması barədə heç nə demir. Ancaq indiki situasiya yaxşı deyil”.

Qeyd edək ki, Azərbaycanın da təmsil olunacağı MDB Oyunları avqustun sonlarında keçirilməli idi. Lakin sonra yarış sentyabrın sonlarına, daha sonra oktyabrın əvvəllərinə təxirə salınıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri