26 
May
2020
12:49
11
159
7275
Virtual karabakh

Ölüm xəbərinin qardaşına hava limanında yetişdiyi futbolçu - VİDEO

26 May, 2020
12:49
7275

Ölüm xəbərinin qardaşına hava limanında yetişdiyi futbolçu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qısa karyerası ərzində öz istedadı ilə ad çıxaran bu futbolçu ölümü ilə hər kəsi yasa boğdu.

Oxu.Az xəbər verir ki, Səbuhi Sadiqov yaşıl meydanlarda top qovduğu dönəmdə onun adı Zaur Tağızadə, Emin İmaməliyev, Aftandil Hacıyev və digərləri ilə yanaşı çəkilirdi.

Ancaq, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Ölüm onu Fövqəladə Hallar Nazirliyində işlədiyi yerdə – 29 yaşında yaxaladı. 2011-ci ilin iyulunda ürək çatışmazlığından vəfat edən Səbuhi Sadiqov hazırda “Keşlə” klubunda oynayan məşqçi olan Rəşad Sadiqovun böyük qardaşıdır.

Rəşad Sadiqov qardaşının ölümü xəbərini “Qarabağ”la birlikdə Belçikanın “Brügge” komandası ilə oyuna yollanarkən eşidib. Bu acı xəbəri İstanbulda olarkən öyrənən Ağdam klubunun ovaxtkı kapitanı dərhal Bakıya qayıdıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri