29 
Fev
2020
11:12
483
32
5765
Virtual karabakh

Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO

29 Fev, 2020
11:12
5765

Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Oxu.Az-ın xəbərinə görə, o, Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb.

Hazırda 75 kq çəki dərəcəsi üzrə Olimpiya reytinqində 6795 xalla üçüncü sırada olan Rafael Ağayevin ilk "beşlik"dən düşməsi mümkünsüzdür.

Bu, karate millimizin Olimpiadaya ikinci vəsiqəsidir. Daha əvvəl +61 kq çəki dərəcəsində dünya çempionumuz İrina Zaretskaya Dubaydakı Premyer Liqa yarışından sonra Olimpiadaya vəsiqəni rəsmiləşdirmişdi.

Bununla da Azərbaycandan Olimpiadaya gedəcək idmançıların sayı 14-ə çatıb.

Digər 12 idmançı bunlardır: Marina Nekrasova, İvan Tixonov (idman gimnastikası), Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə komanda (hər ikisi bədii gimnastika), Anna Skidan (atletika: çəkicatma), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik, Şərif Şərifov (hər ikisi güləş), Elçin Əsədov (şose velosipedi), Milad Beiqi (taekvondo), Nazim Babayev (atletika: üç təkanla tullanma).

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri