29 
Mar
2024
11:46
10
30
693
Virtual karabakh

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir

29 Mar, 2024
11:46
693

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə prokurorun da uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olması təklif edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, zərər çəkmiş şəxs və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) belə hüquqa malikdir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri