29 
Mar
2024
08:24
9
51
616
Virtual karabakh

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

29 Mar, 2024
08:24
616

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. “20 Yanvar” dairəsində;

4. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

5. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası istiqamətində;

6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 

7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri