28 
Apr
2024
00:06
309
31
1541
Virtual karabakh

Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışdı - VİDEO

28 Apr, 2024
00:06
1541

Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilmiş ərazilərdə səkkiz rayon xəstəxanasının, səkkiz ailə sağlamlıq mərkəzinin və 84 həkim tibb məntəqəsinin inşası nəzərdə tutulub”.

Bunu Səhiyyə naziri Teymur Musayev REAL TV-də yayımlanan “Mir Şahinin vaxtı” verilişində deyib.

Onun sözlərinə görə, erməni işğalından azad edilmiş ərazilərdə mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb: “Yenidənqurma deyəndə səhiyyə infrastrukturunun yenidən qurulmasını nəzərdə tuturuq. “Böyük Qayıdış” proqramı çərçivəsində səkkiz şəhər, səkkiz qəsəbə və 84 kəndin yenidən salınması və ya bərpa olunması nəzərdə tutulur. Səkkiz rayon xəstəxanasının, səkkiz ailə sağlamlıq mərkəzinin və 84 həkim tibb məntəqəsinin inşası nəzərdə tutulub. Növbəti mərhələdə 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının açılışına hazırlıq görülür. Ağdam şəhərində 210 çarpayılıq rayon mərkəzi xəstəxanasının inşası artıq başlamaqdadır. Köç zamanı insanları tam tibbi xidmətlə təmin edən tibb müəssisələri mövcud olacaq”.

Daha ətraflı videoda:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri