28 
Mar
2024
09:52
15
214
2630
Virtual karabakh

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA - YENİLƏNİB + VİDEO

28 Mar, 2024
09:52
2630

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:

“Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ tərəfimizdən araşdırılaraq, texniki xəta aradan qaldırılıb”.

27.03.2024 / 23:55

Ağcabədi sakini Emin Quliyev başqa avtomobilin cəriməsinin ona yazıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar Bakıya yolu düşməyən Ağcabədi sakini paytaxtda cərimə edildiyini biləndə xeyli təəccüblənib.

Emin Quliyev ona yol polisi tərəfindən 40 manat məbləğində cərimə yazıldığını bildirir.

Emin Quliyev bildirib ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı nəqliyyat vasitəsinin cəriməsi onun idarə etdiyi avtomobilə yazılıb.

O, cərimədən bir neçə gün əvvəl elektron hökumət portalındakı şəxsi kabinetinə daxil olarkən xəbər tutub. Avtomobilə cərimə Bakının Sabunçu rayonu ərazisində yol nişanının tələbələrinə riayət edilmədiyinə görə yazılıb.

Məsələ ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən bildirilib ki, bununla bağlı bölməyə heç bir müraciət daxil olmayıb. Vətəndaş yaranmış problemlə bağlı müraciət etdiyi halda iddia araşdırılacaq.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri