27 
Mar
2024
17:52
49
94
3191
Virtual karabakh

Liftdə ölümlə bağlı iki nəfər vəzifəsindən kənarlaşdırıldı, biri isə işdən çıxarıldı

27 Mar, 2024
17:52
3191

Liftdə ölümlə bağlı iki nəfər vəzifəsindən kənarlaşdırıldı, biri isə işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.

Bu barədə Oxu.Az-a “Lifttəmir” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hadisə komissiya tərəfindən araşdırılır.

Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri