16 
May
2021
23:48
38
473
6725
Virtual karabakh

Marşrut sürücüsündən təhlükəli hərəkət: Avtobus sürərkən özünü və sərnişinləri çəkib “TikTok”a yüklədi - VİDEO

16 May, 2021
23:48
6725

Marşrut sürücüsündən təhlükəli hərəkət: Avtobus sürərkən özünü və sərnişinləri çəkib “TikTok”a yüklədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sərnişin daşıyan marşrutun sürücüsü insanların həyatını təhlükəyə atır.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Ceyhun528” adlı “TikTok” sosial şəbəkə istifadəçisi iş başında olarkən hərəkət zamanı özünün videogörüntülərini çəkib və sözügedən şəbəkəyə yükləyib.

Çəkiliş zamanı onun təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu, üstəlik mövcud pandemiya qaydalarının əksinə olaraq maskadan istifadə etmədiyi aydın görünür.

Avtobusdakı sərnişinlərin icazəsiz və xəbərsiz şəkildə videoya düşməsi ilə insanların şəxsi həyatına müdaxilə də yol verilən qanunsuzluqlardan biridir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri