19 
Apr
2021
17:48
58
297
3518
Virtual karabakh

Bakının mərkəzində ağaclar kəsildi: Rəsmi qurumlar hərəkətə keçdi - FOTO

19 Apr, 2021
17:48
3518

Bakının mərkəzində ağaclar kəsildi: Rəsmi qurumlar hərəkətə keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda qanunsuz ağac kəsimi qeydə alınıb. 

Oxu.Az-ın məlumatına görə, söhbət rayon ərazisində yerləşən 5 saylı orta məktəbin yaxınlığından gedir. İddia edilir ki, tikinti işləri aparılan ərazidə iki ağac kəsilib və bir ağac düzgün olmayan şəkildə budanıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, operativ qaydada əraziyə baxış keçirilib:

“Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən araşdırma aparılıb. Faktla bağlı akt tərtib edilib. Nöqsanlara yol verən şəxslər barəsində aprelin 13-də polis orqanlarına müraciət edilib. Ərazidə kəsilmiş iki ağacın yerinə iki yeni ağac əkilib. Eyni zamanda ağaclara aqrotexniki xidmət göstərilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri