23 
May
2020
15:56
35
434
6265
Virtual karabakh

Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO

23 May, 2020
15:56
6265

Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz şəhərində azyaşlı qızı it dişləyib.

Oxu.Az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

İlkin ehtimallara görə, Fidan adlı uşağa küçə itləri hücum edib. Lakin, ərazidə yaşayan sakinlər uşağa hücum edən heyvanın küçə deyil, boynunda zəncir olan ev iti olduğunu deyirlər.

Məsələ ilə bağlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ilə əlaqə saxladıq. Baş həkiminin Oxu.Az-a verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb:

“Ötən gün Fidan adlı azyaşlı qız uşağı it dişləməsi ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin baxış keçirilib, zəruri tibbi yardım göstərildikdən sonra Bakıya göndərilməsinə qərar verilib”.

“Son bir neçə gün ərzində it dişləməsi ilə bağlı biri qadın, biri azyaşlı oğlan uşağı olmaqla daha iki nəfər müraciət edib. Qadına ilkin müdaxilə edildikdən sonra evə buraxılıb. Uşaq isə müalicəsini davam etdirir”, - deyə baş həkim əlavə edib.

Xatırladaq ki, mayın 21-də Xaçmazda daha üç nəfər azyaşlını sahibsiz it dişləyib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri