Apr
2019
13:32
24
206
4518
Virtual karabakh

Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi - FOTO/VİDEO

1 Apr, 2019
13:32
4518

Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Ağsu - Xanbulaq avtomobil yolunda  torpaq uçqunu baş verib.

Oxu.Az-ın məlumatına görə, rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq  kəndinin yaxınlığında yolun bir hissəsi uçub.

Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan Yük maşını bataraq yolda qalıb.

Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.

Səhər saatlarında kənddən rayona və əks istiqamətdə hərəkətdə olan avtomobillər  uçqun səbəbindən yolda qalıb.

Sözü gedən yolda 4 nöqtədə  sürüşmələr qeydə alınıb.

Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.

Torpaq uçqununa intensiv yağışlarin səbəb olduğu bildirilir.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri