23 
Mar
2024
01:28
72
235
17215
Virtual karabakh

Daha bir azərbaycanlı müğənni Moskvada terror aktı törədilən “Crocus City Hall”da olub - VİDEO

23 Mar, 2024
01:28
17215

Daha bir azərbaycanlı müğənni Moskvada terror aktı törədilən “Crocus City Hall”da olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.

Oxu.Az xəbər ki, bu barədə o, “Instagram” hesabında məlumat yayıb. Müğənni hazırda yaxşı olduğunu bildirib:

“Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxardılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım”. 

Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və “Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun”, - deyə bildirib.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri