23 
Mar
2024
01:08
345
187
19850
Virtual karabakh

Xalq artisti Röya Moskvadakı silahlı hücum barədə DANIŞDI: “İçəri girib dedilər ki...” - YENİLƏNİB + VİDEO

23 Mar, 2024
01:08
19850

Xalq artisti Röya Moskvadakı silahlı hücum barədə DANIŞDI: “İçəri girib dedilər ki...” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Röya Moskvada baş verən dəhşətli hücum anından danışıb.

O bildirib ki, səhnəyə çıxmağa hazırlaşdığı an ona basqın barədə məlumat veriblər:

“İçəri girib dedilər ki, çölə çıxmayın və basqın səbəbindən ölənlər var. Elə bildim mənimlə zarafat edirlər. Hər yer qaranlıq idi, taksi tapmaq olmurdu. İnşallah sağ-salamat ölkəmizə qayıdarıq. Mən silah səsləri eşitmədim. 15-20 dəqiqə ərzində bizi təxliyə etdilər. Yollar bağlı olduğundan bir az gözlədik. Müğənni Ceyhun Zeynalov “Cin” yanımda idi, səhnəyə bir çıxmalı idik”.

Ətraflı Baku TV-nin süjetində:

22.03.2024, 22:16

Xalq artisti Röya Ayxanın Moskvada  terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.

Oxu.Az xəbər verir ki, sənətçi bu barədə özünün “Instagram” hesabında məlumat verib.

O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı idi:

“Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.

Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında silahlı insident olub. Baş verən atışma nəticəsində 12 nəfər qətlə yetirilib.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir. 

Həmin görüntüləri təqdim edirik:

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri