15 
Apr
2024
16:06
66
30
1184
Virtual karabakh

Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib

15 Apr, 2024
16:06
1184

Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət resurslarından səmərəli istifadə olunmamasını deməyə əsas verən hal kimi elmi-tədqiqat institutlarına və Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Təsərrüfatı Ortaq Müəssisəsinə təhkim olunmuş torpaq sahələrinin 120 hektara yaxın hissəsinin kənar şəxslər tərəfindən zəbt edilməsidir”.

APA xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Hesabatda bildirilib ki, müəyyən tədbirlər görülsə də zəbtetmələrin aradan qaldırılmasına nail olunmaması və auditin keçirildiyi müddətdə də davam etməsi, analoji zəbtetmələrin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin dövlət sort-sınaq məntəqələrinə aid torpaq sahələrində də mövcud olması səlahiyyətli dövlət qurumu ilə razılaşdırılmadan müqavilələrin bağlanılması və ya hər-hansı rəsmiləşdirilmə aparılmadan torpaq sahələrinin kənar şəxslərə istifadəyə verilməsi, 902,7 min manat dəyərində texnika və avadanlıqların müvafiq açıq üstü örtülü olmayan ərazilərdə istifadəsiz saxlanılması, 200,6 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində praktiki əhəmiyyət və nəticəlilik baxımından məqsədlərə nail olunmaması, əmək resurslarının və texnikaların müvafiq torpaq sahələrinə nisbətən qeyri proporsional şəkildə bölüşdürülməsi və digər çatışmazlıqlar müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri