29 
Noy
2022
19:15
154
20
2448
Virtual karabakh

Vətən müharibəsindən bəhs edən filmin işçi materialını yayanlar məhkəməyə verilə bilər

29 Noy, 2022
19:15
2448

Vətən müharibəsindən bəhs edən filmin işçi materialını yayanlar məhkəməyə verilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Vaqif Mustafayevin Vətən müharibəsindən bəhs etdiyi “Həyat, deyəsən, gözəldir” filminin işçi materialı yayılıb.

Ötən gün bununla bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda bu istiqamətdə araşdırma gedir.

Sözügedən mövzu ilə bağlı “Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və şəbəkədən sildirilib.

“Amma həmin pirat nüsxənin ilk olaraq kim və ya kimlər tərəfindən yayıldığı məlum deyil, bu istiqamətdə işlər aparılır. İstənilən halda, bu, əməyə hörmətsizlikdir. Əgər bu istiqamətdə vəziyyət gərginləşərsə, əlbəttə, istehsalçının, hüquq sahibinin öz hüququndan istifadə etmək məsələsi yarana bilər və məhkəməyə müraciət edilə bilər. Əlbəttə, hazırkı vəziyyət özü bizi məyus edir. Çünki bizim mühitdə əməyə hörmətin, mülkiyyət və müəlliflik hüququna sayğının səviyyəsi artmalıdır. Bu isə mədəni səviyyədən xəbər verir”, - o deyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri