12 
Apr
2024
11:18
17
207
2205
Virtual karabakh

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə ağır işgəncələr verilirdi”

12 Apr, 2024
11:18
2205

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə ağır işgəncələr verilirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi”.

Bunu ”Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.

“1997-ci ilin aprelində təxminən bu saatlarda yeddi qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. Bir il 11 ay müddətində əsirlikdə saxlanıldım. Altı ay sonra ulu öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, - deyə o bildirib.

Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir:

“Hər ziyarətimdə məndə eyni hisslər olur”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri