29 
Apr
2024
10:08
56
9
846
Virtual karabakh

İşçi qrupun rəhbəri: “Xocalı soyqırımı zamanı itkindüşmə halları ilə bağlı yeni müraciətlər var”

29 Apr, 2024
10:08
846

İşçi qrupun rəhbəri: “Xocalı soyqırımı zamanı itkindüşmə halları ilə bağlı yeni müraciətlər var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xocalı soyqırımı zamanı itkindüşmə halları ilə bağlı yeni müraciətlər var”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya bildirib.

İsmayıl Axundov qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi cari ildə qeydiyyata alınmış 30 nəfərdən altı nəfəri Xocalı soyqırımı zamanı itkin düşənlərdir:

“Bu günə qədər Xocalı soyqırımında itkin düşmüş şəxs kimi 196 nəfər Dövlət Komissiyasında qeydiyyata alınıb. Hazırda isə onların sayı 202 nəfərdir. Ancaq Xocalı soyqırımı zamanı itkindüşmə halları ilə bağlı yeni müraciətlər də var. Bütün müraciətlərə baxılır və araşdırılır. Bu sayın da artacağı istisna deyil”.

Dövlət Komissiyasının katibi xatırladıb ki, fevral ayının 23-də Xocalı şəhərinin ərazisində kütləvi məzarlıq aşkarlanıb və oradan təxminən 18 nəfərə aid meyit qalıqları ekshumasiya edilərək götürülüb:

“Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb baş idarəsinin laboratoriyalarında aparılan həm anatomik, həm də molekulyar-genetik analizlər nəticəsində 18 nəfərdən 10-nun şəxsiyyəti müəyyən olunub. Həmin şəxslərin Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlar olduğu tam təsdiq edilib. Onu da qeyd edim ki, Dövlət Komissiyasında toplanmış məlumatlar təsdiq edir ki, həmin vətəndaşlar soyqırımı aktı zamanı qaçarkən və yaxud atəş altına düşərək həlak olmamış və sağ-salamat girov götürüldükdən sonra beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, işgəncələrlə qətlə yetiriliblər. Bundan başqa, cari ilin mart ayında Xocalı rayonu, Qaladərəsi kəndinin ərazisində daha bir məzar yeri aşkarlanıb və üç nəfərə aid olduğu bildirilən meyit qalıqları ekshumasiya edilərək götürülüb. Bu barədə ictimaiyyətə məlumat verilib. Hazırda həmin meyitlərlə bağlı zəruri araşdırmalar davam etdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri