29 
Mar
2024
00:06
7
152
1782
Virtual karabakh

Göyçayda ağır qəza: Xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB + FOTO

29 Mar, 2024
00:06
1782

Göyçayda ağır qəza: Xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda ağır qəzada xəsarətlər alanların kimliyi bəlli olub.

“Report” xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində VAZ-2106 markalı avtomobilin divara çırpılması nəticəsində sürücü - 2000-ci il təvəllüdlü Əli Qulu oğlu Quluyev, sərnişinlər - 2001-ci il təvəllüdlü Fuad Əlişan oğlu Məmmədov və 1999-cu il təvəllüdlü Yaşar Elvin oğlu Abdullayev xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Y.Abdullayevə burnun qapalı travması, F.Məmmədova qapalı kəllə-beyin travması, beyin sirkələnməsi, Ə.Quliyevə isə qapalı kəllə beyin travması, koma, ağır vəziyyət diaqnozu təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

28.03.2024, 23:28

Göyçayda ağır qəza baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində VAZ-2106 markalı avtomobil divara çırpılıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri