27 
Apr
2024
20:08
114
27
1553
Virtual karabakh

“Yollardakı baryerlərə ziyan vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”– AÇIQLAMA + FOTO

27 Apr, 2024
20:08
1553

“Yollardakı baryerlərə ziyan vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”– AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. 

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 kilometr məsafəni əhatə edən davamlı mikromobillik zolağı təşkil edilib və zolaq boyunca təhlükəsizlik sədləri quraşdırılıb.

“Müxtəlif zamanlarda bəzi şəxslər tərəfindən məqsədli şəkildə bu sədlər yol səthindən qopardılaraq kənara atılır.

Müşahidələr onu deməyə əsas verir ki,  bu hüquqazidd əməllər obyektlərin qarşısında avtomobillərini saxlamaq istəyənlər, xüsusən axşam saatlarında velosiped zolağında parklanma zonaları yaradaraq qanunsuz ödəniş alanlar, bəzi hallarda isə ərazidə yaşayan sakinlər tərəfindən törədilir.

Dövlət əmlakına ziyan vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunub.  

Qeyd edək ki, qoparılaraq kənara atılan sədlər zədəyə davamlı materialdan hazırlandığından təkrarən yerlərinə bərkidilir” - deyə T.Orucov bildirib.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri