18 
Apr
2014
12:35
27
8
1068
Virtual karabakh

Komitə sədri: İrana torpaq verməmişik

18 Apr, 2014
12:35
1068

Komitə sədri: İrana torpaq verməmişik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sərhədlərdə heç bir dəyişiklik olmayacaq”.

İran mətbuatında Azərbaycanın sərhəd hissəsindən 44 metr ərazinin rəsmi Tehranın sərəncamına verilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun jurnalistlərə açıqlamasında dediyinə görə, bu haqda yayılan xəbərlər əsassızdır.

Onun sözlərinə görə, hazırda Azərbaycanla (Ordubad) İran (Mazarad) arasında su elektrik stansiyasının tikilməsi ilə bağlı məsələyə baxılır:

“Mənim müavinim bu yaxınlarda İranda olub. Orada sərhədlərdən 44 metr alınıb-verilməsi söhbəti yoxdur. Sadəcə, iki ölkə arasında su elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsinin ayrılması və bunun üçün sərhəd məsələsinə baxılır. Bununla bağlı sərhədlərdə heç bir dəyişiklik olmayacaq. Bizim tərəfdə Ordubad, İran tərəfdə isə Mazarad ərazisində su elektrik stansiyası tikiləcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri