26 
Apr
2024
08:46
7
75
1187
yuxarı
Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var
26 Apr, 2024
08:46
1187
7
75
Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Lalə İlqar qızı Bayramlı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək