22 
Apr
2014
16:10
190
31
25530
Virtual karabakh

Aytən Səfərova: Yaxşı olar ki, Natavan Laçın “tras”ında konsert versin – VİDEO

22 Apr, 2014
16:10
25530

Aytən Səfərova: Yaxşı olar ki, Natavan Laçın “tras”ında konsert versin – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O konsertə tarixçiləri dəvət etmək lazımdır”.

Neçə gündür ki, medianı zəbt edən mövzu bu dəfə teleaparıcı Aytən Səfərovanın dili ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, ANS telekanalının aparıcısı Laçının işğalına başlanıldığı gün konsert verməyə hazırlaşan Natavan Həbibi haqqında canlı efirdə bu kəlmələri işlədib: 

“Yaxşı olar ki, Natavan Həbibi Laçın “tras”ında konsert versin. O konsertə tarixçiləri dəvət etmək lazımdır ki, Natavana dərs keçsinlər”.

Xatırladırıq ki, mətbuatda müğənni Natavan Həbibi və reper Qaraqan Laçının işğal günü ərəfəsində verəcəkləri konsertlə bağlı qınaq obyektinə çevrilmişdilər.

Natavan Həbibi və prodüseri Roland Bayramov bu barədə açıqlama verərək bildiriblər ki, Laçının işğal günü 17 may deyil, 18 maydır. Hətta mövzu ilə əlaqədar Roland Bayramov Facebook səhifəsində “Azərbaycanda yaşayıb Azərbaycanın tarixini bilməyənlər üçün” başlığı altında Laçın Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində rayonun işğalı ilə bağlı yazı paylaşıb.

Həmin videonu sizə təqdim edirik:

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri