18 
Apr
2014
18:33
47
27
11735
Virtual karabakh

Qaraqan: “Mənim 18 may konsertim şou xarakterli deyil”

18 Apr, 2014
18:33
11735

Qaraqan: “Mənim 18 may konsertim şou xarakterli deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəyəm efirlərdə işğal günündə vətənpərvərlik mövzusunda mahnılar səslənmir?”.

Bu gün səhərdən mətbuatda müğənni Natavan Həbibinin və reper Qaraqanın Laçının işğal günü ərəfəsində verəcəkləri konsertlə bağlı söz –söhbət səngimək bilmir.

Oxu.Az xəbər verir ki, Natavan Həbibi və prodüseri Roland Bayramov bu baradə açıqlama verərək bildiriblər ki, Laçının işğal günü 17 may deyil, 18 maydır. Hətta mövzu ilə əlaqədar Roland Bayramov Facebook səhifəsində “Azərbaycanda yaşayıb Azərbaycanın tarixini bilməyənlər üçün” yazı altında Laçın Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsindən rayonun işğalı ilə bağlı məqalə paylaşıb.

Qaraqan Oxu.Az-a 18 may tarixində verəcəyi konserti təsdiqləyərək bildirdi ki:

“Bəli, mən 18 mayda konsert verəcəyəm. Lakin konsert şou xarakterli olmayacaq. Orada fişənglər partladılıb, tort kəsilməyəcək.Mən yalnız vətənpərvərlik mövzusunda olan mahnılarmı, replərimi səsləndirəcəyəm. Bu, sadəcə təbliğat xarakterli konsertdir. Bəyəm efirlərdə işğal günündə vətənpərvərlik mövzusunda mahnılar səslənmir?”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri