16 
Apr
2024
23:52
369
41
6746
yuxarı
Fransa Bakıdakı səfirini geri çağırdı
16 Apr, 2024
23:52
6746
369
41
Fransa Bakıdakı səfirini geri çağırdı
Fransa rəhbərliyi ölkənin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bunu çərşənbə axşamı Fransanın Xarici İşlər Nazirliyi bildirib.
Parisi narazı salan hərəkətlərlə bağlı təfərrüat açıqlanmayıb.
Fransa Prezidenti Emmanuel Makronun artıq səfir Ann Boyon ilə görüş keçirdiyi vurğulanıb.