29 
Apr
2024
21:20
11
258
3100
Virtual karabakh

Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO

29 Apr, 2024
21:20
3100

Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində itkin düşən altı hərbçimizə şəhidlik statusu verilib.

“Qafqazinfo” xatırladır ki, onlardan biri Aydın Zakir oğlu Feyzullayevdir.

Üç ildən çoxdur oğlundan xəbər ala bilməyən atası Zakir bəy təsəlli üçün övladına məzar daşı da hazırladıb, içi isə boşdur.

Əsgər Feyzullayev 2020-ci ilin sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilməyiblər.

İtkin düşən MAXE-əsgər  Asim Yaqub oğlu Mehdiyev 2001-ci il təvəllüddür. Məlumata görə, sonuncu dəfə oktyabrın 7-si Xocavənd istiqamətində döyüşlərdə iştirak edəndən sonra ailəsi ilə əlaqəsi kəsilib. Həmin tarixdən bu yana Asimdən xəbər yoxdur. Oğlunun yolunu gözləyən atası Yaqub bəy isə ötən il qəfil dünyasını dəyişib.

Elnur Rəcəb oğlu Qədirli 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.

1996-cı il təvəllüdlü Qorxmaz Bayram oğlu Salamov Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonra əsgərdən xəbər alınmayıb.

1991-ci il təvəllüdlü Xəqani İlqar oğlu Səfərli Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmirlər.

Leytenant İbrahim Səməd oğlu Vəlizadə 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Müharibədən əvvəl Şəmkirdə “N” saylı hərbi hissədə xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri