15 
Apr
2024
17:12
39
15
553
Virtual karabakh

İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunurlar

15 Apr, 2024
17:12
553

İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar.

Təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyinə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində tətbiq edə biləcəklər. Sahibkarlara təlimlərdə öyrəndikləri nəzəri bilikləri KOB Model Müəssisədə yerləşən müasir avadanlıqlarda sınaqdan keçirmək imkanı da yaradılıb. 

Təlimlər aşağıdakı mövzuları əhatə edir: 

- Dəyər, məsrəf və sahədə itki;

- ΚΡΙ-ΚΑΙ;

- Standartlaşdırma;

- Vaxtın ölçülməsi və müşahidə metodları;

- 5S strategiyası;

- Kaizen sistemi;

- SMED;

- Poka-Yoke, Jidoka;

- JIT - Sinxronizasiya;

- İtələmə-çəkmə sistemləri;

- İdarəetmə strategiyası və davamlı inkişaf.

Qeyd edək ki, KOB Model Müəssisə istehsal sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin bütün xidmətləri ödənişsizdir. Sahibkarlar KOB Model Müəssisəsinin imkanlarından faydalanmaq üçün KOBİA-ya birbaşa ([email protected] və ya www.smb.gov.az saytının “Agentliyə birbaşa müraciət” bölməsi), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri