Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüşlə bağlı paylaşım edib - YENİLƏNİB + FOTO
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüşlə bağlı paylaşım edib - YENİLƏNİB + FOTO
“İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüş çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
“Bu sənədlərin icrası əməkdaşlığımızın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacaq”, - deyə Mikayıl Cabbarov qeyd edib.
İslam İnkişaf Bankı Qrupu (@isdb_group) ilə keçirilən görüş çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti (@AIC_OJSC) ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında (@ICD_PS) və AZPROMO (@azpromoaz) ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam… pic.twitter.com/skclKF6lCR
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2024
18:36
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə bankla ölkəmizin birgə fəaliyyətinin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından səmərəli görüş keçirdik”, - deyə Mikayıl Cabbarov qeyd edib.
#SəudiyyəƏrəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankı Qrupunun (@isdb_group) sədri Məhəmməd Süleyman Əl-Casir ilə Bankla ölkəmizin birgə fəaliyyətinin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından səmərəli görüş… pic.twitter.com/i8ZGXnxvpu
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2024
16:36
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpa olunan enerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparılıb.
#Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, #bərpaolunanenerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr… pic.twitter.com/pvtNk898FX
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2024