15 
Apr
2024
16:02
31
165
6647
Virtual karabakh

Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO

15 Apr, 2024
16:02
6647

Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dollar dünya bazarında yenidən möhkəmlənməkdədir. Son bir ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1,062 dollar ödəmək lazımdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, dolların güclənməsi regional münaqişələr fonunda investorların ABŞ puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlanma ilə bağlıdır:

“Bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapazonuna - 2 faizə - yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunmaqdadır.

Azərbaycanda da dollar bahalaşa bilərmi?

Manatın dollara nisbətən məzənnəsi, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi - neftin qiymətindən asılı olacaq. Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi - enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq.

Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri