30 
Apr
2024
16:44
52
133
651
Virtual karabakh

Netanyahu: “İsrail danışıqların nəticəsindən asılı olmayaraq Rəfaha girəcək”

30 Apr, 2024
16:44
651

Netanyahu: “İsrail danışıqların nəticəsindən asılı olmayaraq Rəfaha girəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Baş naziri Benyamin Netanyahu Qəzzadakı əməliyyatlar nəticəsində həyatını itirmiş hərbçilərin və hazırda girov olan ölkə sakinlərinin yaxınları ilə görüşüb.

Görüş Benyamin Netanyahunun ofisində baş tutub.

Görüş zamanı B.Netanyahu vurğulayıb ki, İsrail ordusu hər bir halda Rəfaha daxil olacaq.

“Müharibənin bütün məqsədlərinə çatmamış onu dayandırmaq ideyasından söhbət gedə bilməz. Biz tam qələbəyə nail olmaq üçün Rəfaha girib oradakı HAMAS batalyonlarını məhv edəcəyik, razılaşma (girovların qaytarılması və atəşkəs ilə bağlı - red.) olsa da, olmasa da”, - deyə B.Netanyahu yekunlaşdırıb.

Mənbə: Newsru.co.il

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri