27 
Apr
2024
18:55
11
125
2045
Virtual karabakh

ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib - FOTO/VİDEO

27 Apr, 2024
18:55
2045

ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi kədərləndirdi”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi üzrə səyləri dəstəkləyir.

Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib. ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri